Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub

Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub

Tarix: 26 Noyabr 2020 09:00

Fransa Senatının hökuməti separatçı qondarma Qarabağ qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinin səsverməsində saxtakarlıq olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yekun səsvermədə qətnamənin əleyhinə yalnız bir nəfərin səs verdiyi göstərilsə də, bunun yalan olduğu üzə çıxıb. Əslində konkret olaraq iki nəfərin qətnamənin əleyhinə səs verdiyi artıq məlumdur.

Senator Natali Gule bildirib ki, qətnamənin əleyhinə səs versə də, sistemdə yanlışlıq olduğu üçün səsi nəzərə alınmayıb. Siyahıda xanımın da adı lehinə səs verənlər arasındadır.

N.Gule siyahıda adı göstərilən senatorun kimliyini də açıqlayıb. Bu, Silviya Goy-Chavent adlı xanım senatordur.


Etiketlər:  Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ