Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ATV-nin aparıcısının əsl adı Maradona imiş

ATV-nin aparıcısının əsl adı Maradona imiş

Tarix: 26 Noyabr 2020 10:10

ATV kanalının aparıcısı Murad Əzimzadə maraqlı etiraf edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, 17 il rəsmi olaraq Maradona adını daşıdığını bildirib:

"17 il rəsmi (sənədlə) olaraq adım Maradona olub. Bu ada görə Gəncədə tanınırdım. Bəziləri adımı ələ salırdı, bəziləri təəccüblə, maraqla qarşılayırdı. Maradona adıma görə, Gəncəylə bir idim. Adımı atamın atası Həsən babam və bibim qoymuşdular. Futbolu sevirdilər, həm də bu təkcə futbol sevgisi deyildi, modern dövrə, çağdaş həyata ayaq uyduran bir ailənin kiçik inqilabı idi. 17 yaşımda gələcək həyatımı, işlərimi, övladımı düşünərək adımı milliləşdirib Murad etdim. Lakin buna baxmayaraq məni Gəncədə Maradona kimi tanıyırlar! İndi xəbər tutdum ki, 17 il ismini daşıdığım Maradona vəfat edib, üzüldüm. Babamla bağlı daha bir xatirənin məni tərk etməsinin hiss etdirdiyi sazağı iliklərimdə hiss etdim... Axı babamdan mənə qalan sevimli futbolçusu olan Maradona idi. Maradonadan mənə qalan isə çılğınlıq, futbol və özün olmağı bacarmaq qabiliyyəti oldu. Səni unutmayacağıq, adaş! İzin həmişə toplarda, stadionlarda gəzəcək". 

Qeyd edək ki, ötən əsrin iki futbol dahisindən biri hesab edilən Maradona bu gün 60 yaşında vəfat edib.

Milli.Az


Etiketlər:  ATV nin aparıcısının əsl adı Maradona imiş


RƏYLƏR