Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb

Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb

Tarix: 26 Noyabr 2020 12:48

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) ilə Türkiyəyə xam neft nəqli 15,823 milyon barel təşkil edib.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir. Sentyabr ayında bu göstərici 15,617 milyon barel olub.

Yanvar-oktyabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli aprel ayında (20,133 milyon barel), ən az nəql sentyabr ayında (15,617 milyon barel) qeydə alınıb.

Türkiyə BTC vasitəsilə avqustda 17,575 milyon barel, iyulda 15,874 milyon barel, iyunda 16,333 milyon barel, mayda 16,954 milyon barel, apreldə 20,133 milyon barel, martda 19,609 milyon barel, fevralda 18,162 milyon barel, yanvarda 19,885 milyon barel neft idxal edib.

2020-ci il yanvar-oktyabr aylarındaBTC vasitəsilə Türkiyəyə 175,695 milyon barel xam neft nəql edilib.


Etiketlər:  Bakı Tbilisi Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ