Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 14:52
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki köməklik etmək məqsədilə COVID-19-un profilaktikası çərçivəsində əməl edilməli vacib qaydaları əks etdirən növbəti maarifləndirici videoçarx hazırlayıb.
AQTA-dan Trend-ə verilən məlumata görə, sözügedən videoda koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar, bu sahədə tətbiq edilən metodiki göstərişlərin tələbləri əksini tapıb.
Sözügedən videoçarxı aşağıdakı keçidə daxil olaraq əldə edə bilərsiniz.
https://www.youtube.com/watch?v=VIWjOU9gDwo