Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 19:06
Bakı. Trend:
Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində İmişli rayon sakini R.Məmmədov idarə etdiyi “Hyundai” markalı mikroavtobusla yolu keçən şəhər sakini Rəvan Babazadəni vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin