Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 17:16
Bakı. Fidan Babayeva - Trend:
2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının pərakəndə ticarət dövriyyəsi 1,491 milyard təşkil edib
Trend bu barədə Naxçıvan MR Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azdır.
2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-nın xarici ticarət dövriyyəsi 386,846 milyon dollardan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Xarici ticarət dövriyyəsində ixracın dəyəri 334,049 milyon dollar bərabər olub ki, bu da illik 0,9 milyon dollar artım deməkdir.