Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bu tarixlərdə küçəyə çıxmamaq xahiş olunur

Bakıda bu tarixlərdə küçəyə çıxmamaq xahiş olunur

Tarix: 27 Noyabr 2020 12:50

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə son günlərdə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə Milli.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Milli.Az


Etiketlər:  Bakıda bu tarixlərdə küçəyə çıxmamaq xahiş olunur


RƏYLƏR