Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 01:36
Bakı. Trend:
Argentinada milli komandanın keçmiş futbolçusu Dieqo Maradonanın ölümü ilə bağlı araşdırma başlayıb.
Trend-in məlumatına görə, bu barədə Todo Noticias xəbər verib.
Məlumata əsasən, müstəntiqlər oyunçuya baxan tibb işçilərinini səhlənkarlığa şübhəli bilirlər. Hakimiyyəti orqanları ölüm günü səhər tezdən idmançını oyatmayan tibb bacısının hərəkətlərinə şübhə ilə yanaşıblar. Həmin vaxt tibb bacısı ona dərman verməli idi.
Nəticədə o idmançının otağına yalnız səhər saat 11 radələrində gələn psixoloq və psixiatrla daxil olub.