Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Seneqal millisinin sabiq futbolçusu 42 yaşında ölüb

Seneqal millisinin sabiq futbolçusu 42 yaşında ölüb

Tarix: 29 Noyabr 2020 23:38

Seneqal millisinin sabiq futbolçusu Pap Buba Diop vəfat edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, sabiq yarımmüdafiəçi 42 yaşında dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən sonra ölüb. Diop DÇ-2002-nin açılış oyununda həmin vaxt dünya çempionu statusu daşıyan Fransa ilə görüşdə qələbə qolunu vurmaqla məşhurlaşıb.

Qeyd edək ki, Seneqal millisində 63 oyuna 11 qol vuran yarımmüdafiəçi "Lans", "Fulhem", "Portsmut", "Vest Hem" və AEK kimi klublarda çıxış edib. O, futbolçu karyerasını 2013-cü ildə başa vurub.

Milli.Az


Etiketlər:  Seneqal millisinin sabiq futbolçusu 42 yaşında ölüb


RƏYLƏR