Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maradonanın ölümündə onun ADI ÇƏKİLİR

Maradonanın ölümündə onun ADI ÇƏKİLİR

Tarix: 30 Noyabr 2020 12:58

Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke onun ölümündə ittiham olunur.

Sonxeber.net xəbər verir ki, Maradonanın qohumları Lukeni dünya çempionunun ölümündə ittiham ediblər.

İddiaya görə, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.

Qeyd edək ki, Maradonanın ürək tutmasından vəfat etdiyi bildirilirdi. (publika.az)


Etiketlər:  Maradonanın ölümündə onun ÇƏKİLİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ