Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 17:36
Bakı. Fidan Babayeva - Trend:
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) zəlzələ və bütün növ vibrasiyalar üçün sensorların satın alınması üzrə tender elan edib.
Trend-in məlumatına görə, tender bir lot üzrə keçiriləcək.
Tenderdə iştirakın məbləği 50 manat təşkil edir. İştirak etmək arzusunda olanlar dekabrın 21-dək zəruri sənədləri təqdim etməli, təklifəri isə dekabrın 29-dək irəli sürməlidir.
Tender paketlərinin açılması dekabrın 30-da baş tutacaq.
Əlavə məlumatı (+994 12) 4987753 telefon nömrəsindən öyrənmək olar.
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 165.