Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub

28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub

Tarix: 30 Noyabr 2020 19:00

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirlikdən Trend-ə bildirilib ki, noyabrın 27-28-də keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonunda Elçin Məmmədova məxsus qab-qacaq mağazasında, Binəqədi rayonunda Vasif Əliyevə məxsus şirniyyat mağazasında, “Nur ST” MMC-yə məxsus “Diş klinikası”nda, Ayxan Rüstəmova məxsus “Azoro qrup avtoyuma” xidmət obyektində, Nəsimi rayonunda “LC Waikiki” geyim mağazasında, “Spar market”də, Səbail rayonunda “Miniso CO” MMC-yə məxsus mağazada, Xəzər rayonunda Əhmədağa Xəlilova məxsus “Qarışıq mallar mağazası”nda, Suraxanı rayonunda “Rahat Yeni Günəşli” mağazasında, Zabitə Mirzəyevaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Bizim market”də, “Avromart Əhmədli” mağazasında, “Kontakt home” mağazasında, Mehman Əliyevə məxsus “Avto ehtiyat hissələri mağazası”nda, Nizami rayonunda “Baby mall” mağazasında, “Təndir dəyirman un məmulatlarının satışı” obyektində, Nərimanov rayonunda “Oba market”də, “FAB tikinti materialları” mağazasında, “İdeal” ticarət obyektində, “Murad-Farm” MMC-yə məxsus aptekdə, Yasamal rayonunda “ABC-Telecom” MMC-yə məxsus mağazada, Sabunçu rayonunda “Can market”də, Xəzər rayonunda Denis Aslanova məxsus “Gəncə təndiri” ticarət obyektində, ümumilikdə 28 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinə əmək edilmədiyi müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.


Etiketlər:  obyektdə zəruri qayda tələblərin pozulduğu müəyyən olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ