Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda kommunal tipli yaşayış binasında yanğın olub

Bakıda kommunal tipli yaşayış binasında yanğın olub

Tarix: 1 Dekabr 2020 08:36

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Naziriyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Bakıda kommunal tipli yaşayış binasında yanğın olub


RƏYLƏR