Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 12:09
Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
O, Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu vurğulayıb:
"Biz bilirik ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Burada müxtəlif xalqların və dinlərin hüquq və azadlıqları bərabər səviyyədə təmin olunub. Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək".