Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Terimdən Ardanın transferinə ''yaşıl işıq''

Terimdən Ardanın transferinə ''yaşıl işıq''

Tarix: 9 Iyul 2019 14:32

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turanın transferinə razılıq verib.

Qol.az-ın "Hürriyyət"ə istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssisin bu qərarından sonra klub rəhbərliyi sabiq futbolçusunun transferi üçün hazırlıqlara başlayıb. 31 yaşlı oyunçunun da İstanbul klubuna keçməyi çox istədiyi vurğulanıb.

"Başakşəhər"in daha 1 illik icarə müqaviləsi olan A.Turanı yüksək maaşı səbəbindən satmağa hazır olduğu iddia olunub.

Qeyd edək ki, A.Turan ötən mövsümdən "Başakşəhər"də icarə əsasında oynayır.

 

 


Etiketlər:  Terimdən Ardanın transferinə yaşıl işıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ