Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2021-ci ildə neftə olan gündəlik tələbat 6,1 milyon barrel arta bilər

2021-ci ildə neftə olan gündəlik tələbat 6,1 milyon barrel arta bilər

Tarix: 2 Dekabr 2020 06:32

Gələn il neftə olan tələbat sutkada 6,1 milyon barrel arta bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Abdelmadjid Attar OPEC Nazirlər Şurasının videokonfrans formatında keçirilən 180-ci iclasında deyib.

"2021-ci ildə neftə olan gündəlik tələbatın 6,1 milyon barrel səviyyəsində artacağı gözlənilir. Bu baxımdan, artıq 4-cü ili geridə qoyan OPEC üzrə "Əməkdaşlıq Bəyannaməsi" tərəfdaş ölkələrin əməkdaşlığı nəticəsində qlobal neft bazarını dəstəkləməyə davam edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, OPEC Nazirlər Şurasının 180-ci iclasında yanvar ayından etibarən hasilatın gündəlik 2 milyon barrel artırılıb-artırılmaması məsələsi müzakirə olunub. Müzakirələrin başlanğıcında istehsal məhdudiyyətlərinin müddətinin uzadılmasına dair razılığın əldə ediləcəyi düşünülsə də, iclasda gözlənilmədən gərginlik artıb və hətta Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman "OPEC+" panelinin vitse-prezidenti vəzifəsindən istefa verə biləcəyini söyləyib. Nəticədə fikir ayrılıqları səbəbindən iclasda hər hansı bir razılıq əldə olunmayıb. Toplantının bu gün davam edəcəyi bildirilir.

Dekabrın 1-də keçirilməsi gözlənilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 12-ci videogörüşü isə təxirə salınaraq ayın 3-də təşkil olunacaq.

Xatırladaq ki, 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

Milli.Az


Etiketlər:  2021 ci ildə neftə olan gündəlik tələbat 61 milyon barrel arta bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ