Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 15:21
Bakı. Trend:
Sosial layihələrə xüsusi həssaslıqla yanaşan Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində daha 4 vətəndaşı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.
Gənclərimizin idman və incəsənətə artan marağını nəzərə alaraq, bu istiqamətlər üzrə bizneslərini qurmağı planlaşdıran iş adamlarına dəstək olmağa qərar verdik.
İdman zalı açmaq və gənclərimizə sağlam həyat tərzini aşılamaq arzusunda olan Məlikov Araz və Ağayev Hikməti lazımi avadanlıqlarla təmin etdik. Uzun illərdir idmanla məşğul olan sahibkarlarımız həyatlarını idmana həsr etmiş insanlardır. Hikmət bəy idman ustası, Araz bəy isə müharibə veteranıdır.
Dəstək verilən digər vətəndaşlar İsmayılov Anar və Məmmədova Səbinə incəsənətlə məşğul olur və öz işlərilə həyata rəng qatırlar. Yelo Bank olaraq, onların işlərini daha da inkişaf etdirməsi üçün lazım olan alətlər, materiallar və avadanlıqlarla təmin etdik.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Öz növbəmizdə, bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət göstəririk. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin həyata keçirilməsinə dəstək olmağa davam edəcəyik.