Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 11:02
"Mütləq şəkildə sərt karantin rejimi tətbiq edilməlidir".
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
İnfeksionist bildirib ki, peyvənd olsa bu xəstəlikdən qurtula bilərik:
"Boş-boşuna ictimai yerlərdən, nəqliyyatdan istifadə edənlər çoxdur. Testi pozitiv olub bayıra çıxanlar var. Onları nəzarətdə saxlamaq lazımdır. Ən azından istər dövlət müəssisələrində, istərsə də özəl sektorda işləyənlər olsun, həftədə bir dəfə test versinlər.
Pozitiv çıxan ümumiyyətlə işə gəlməsin. Ailə üzvü COVİD-ə yoluxan şəxs də işə getmək fikrindən daşınsın. Koronavirus ona görə sürətlə yayılır. O da yoluxur, daşıyıcı olur, ailə üzvləri də əhəmiyyət vermir, işə gedir. O da istifadə etdiyi ictimai nəqliyyatda, iaşə obyektində və yaxud iş yerində bu virusu yayır. Bu üsulla da koronavirus ölkədə sürətlə yayılır.
Artıq Türkiyədə koronavirusa qarşı peyvənd hazırlanıb, istifadəyə başlanılır. Deyilənə görə, 95% effektlidir. Peyvənd nə zaman bizə gəlib çıxsa, nə zaman ondan istifadə etsək, o zaman bu xəstəlikdən qurtula bilərik. Çünki virus infeksiyası olduğuna görə koronavirus yayıla-yayıla gedir. Bu virusun qarşısını almaq, qurtarmaq deyə bir şey yoxdur. Ancaq peyvənd olmalıdır, ondan sonra bəlkə biz bu bəladan qurtara bilək".
Təhməz Əsədov