Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə görüntüsünün sosial şəbəkədə yerləşdirilməsinə etiraz edən şəxs döyülüb

Mingəçevirdə görüntüsünün sosial şəbəkədə yerləşdirilməsinə etiraz edən şəxs döyülüb

Tarix: 5 Dekabr 2020 11:32

Mingəçevirdə 36 yaşlı kişi döyülüb.

Milli.Az bildirir ki, hadisə  gecə saatlarında 6 saylı orta məktəbin yaxınlığında baş verib. Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Mehman Zöhrab oğlu naməlum şəxs tərəfindən döyülüb. Göz, burun və qol nayihəsindən ağır xəsarət alan M.Məmədov xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, zərərçəkən şəhər bazarlarından birində fəhlə işləyir. İlkin məlumata görə, görüntüsünü icazəsiz sosial şəbəkəyə yerləşdirilməsi onun ciddi etirazına səbəb olub. Görüntüsünün tik-tokdan yığışdırılması tələbini dinləməyən tanıdığı şəxs onu döyərək çoxsaylı bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mingəçevirdə görüntüsünün sosial şəbəkədə yerləşdirilməsinə etiraz edən şəxs döyülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ