Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Napoli''nin stadionuna Maradonanın adı verilib

''Napoli''nin stadionuna Maradonanın adı verilib

Tarix: 5 Dekabr 2020 14:24

Bakı. Trend:

İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.

Trend-in məlumatına görə, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb. Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər. "Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının 11-ci turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 -1991-ci illərdə "Napoli"də çıxış edib.


Etiketlər:  Napolinin stadionuna Maradonanın adı verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ