Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” smartfonu dünyada ən güclü prosessorla təchiz ediləcək

“Xiaomi” smartfonu dünyada ən güclü prosessorla təchiz ediləcək

Tarix: 5 Dekabr 2020 20:52

Yeni "Snapdragon 888" prosessoru ilə təchiz ediləcək ilk smartfon qabaqcıl "Xiaomi" modeli olacaq. Bu barədə "GizmoChina" nəşrinin şirkətin baş direktoru Ley Tszyuna istinadən məlumatında deyilir.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qabaqcıl "Android" smartfonları üçün dünyada ən güclüsü hesab edilən yeni prosessor "Snapdragon Summit 2020" konfransında təqdim edilib. Konfrans başa çatdıqdan sonra şirkətin baş direktoru "Weibo" sosial şəbəkəsində məlumat dərc edərək "Xiaomi Mi 11" smartfonunun bazarda ilk dəfə yeni çiplə təchiz ediləcəyini açıqlayıb.
 
Jurnalistlər qeyd edib ki, "Xiaomi" şirkəti, həmçinin "Snapdragon 888" əsasında gələcək qurğunun dəqiq adını açıqlayan ilk smartfon istehsalçısıdır. Prosessorun təqdimatında ümumilikdə qurğuları aktual prosessorla təchiz ediləcək 11 şirkətin adı açıqlanıb. "Xiaomi" və onun "Black Shark" törəmə brendi ilə yanaşı, "Snapdragon 888" əsasında qabaqcıl modellər "ASUS", "Lenovo", "LG", "Meizu", "Motorola", "Nubia", "Realme", "OnePlus", "OPPO", "Sharp", "Vivo" və "ZTE" tərəfindən buraxılacaq. "Samsung" bu siyahıda yer almayıb - müəlliflərin fikrincə, şirkət bütün qurğularını ya "Exynos" prosessoruna keçirəcək, ya da digər "Snapdragon" versiyası ilə təchiz edəcək.  
 
Konfransda təqdim edilən çip "Snapdragon 865" prosessorunu əvəz edəcək. O, üçüncü nəsil "Qualcomm Snapdragon X60 5G" modeminə malikdir, "5G" şəbəkələrində "mmWave" və "sub-6" standartlarında işi, 144 giqahers yeniləmə tezliyində ekranları və eyni anda bir neçə SİM kartın işləməsini dəstəkləyir.
 
Qabaqcıl "Xiaomi" modelinin dəqiq buraxılma tarixi ba


Etiketlər:  Xiaomi smartfonu dünyada güclü prosessorla təchiz ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ