Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 09:12
ABŞ-ın Nyu-York ştatında boş binada baş verən yanğın 19-cu əsrə aid kilsəyə keçib.
APA-nın xəbərinə görə, bu barədə "NBC New York" telekanalı məlumat yayıb.
Yanğın yerli vaxtla 5.00-da başlayıb. Yanğınsöndürənlər yanğın siqnalından 3 dəqiqə sonra hadisə yerinə çatıblar. Yanğınsöndürənlərdən 4 nəfəri yüngül xəsarət alıb. Alov güclü olduğundan kilsəyə ciddi ziyan dəyib.
Rahib Ceki Lyus kilsənin viran qaldığını və yararsız vəziyyətə düşdüyünü bildirib. Yanğın zamanı ölüm faktı qeydə alınmayıb.