Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Müdafiə Nazirliyindən Qarabağ Monitorinq Mərkəzi barədə açıqlama

Türkiyə Müdafiə Nazirliyindən Qarabağ Monitorinq Mərkəzi barədə açıqlama

Tarix: 6 Dekabr 2020 16:33

Türkiyə və Rusiya arasında imzalanan memorandum əsasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün əməkdaşlıq davam etməkdədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan görüntülü mətbuat büllettenində bildirilib.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın  Ermənistanın işğalından azad edilmiş ərazilərində Azərbaycan Ordusuna dəstək fəaliyyətini də davam etdirir: "Mina və partlayıcıların aşkarlanması və məhv edilməsi, təmizlənməsinə dəstək verilir, eləcə də bu istiqamətdə təlimlər davam etdirilir. Bütün imkanlarımızla hər zaman kədərimiz, sevincimiz bir olan azərbaycanlı qardaşlarımızın yanındayıq".

Milli.Az


Etiketlər:  Türkiyə Müdafiə Nazirliyindən Qarabağ Monitorinq Mərkəzi barədə açıqlama


RƏYLƏR