Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uruqvayın keçmiş prezidenti Tabare Vaskes vəfat edib

Uruqvayın keçmiş prezidenti Tabare Vaskes vəfat edib

Tarix: 6 Dekabr 2020 19:12

Bakı. Trend:

Uruqvayın keçmiş prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində keçmiş dövlət başçısının üzvü olduğu "Geniş Cəbhə" siyasi koalisiyası yazıb.

Yazıda bildirilib: "Fəxri Prezidentimiz Tabare Veskesinin vəfatını dərin hüznlə deyirik".

"Geniş Cəbhə" nin verdiyi məlumata görə, pandemiya səbəbindən keçmiş prezidentlə vida və dəfn mərasimi ailə dairəsində keçiriləcək.

Vaskesin ailəsinin sözlərinə görə, onun ölüm səbəbi "onkoloji xəstəlik" olub.


Etiketlər:  Uruqvayın keçmiş prezidenti Tabare Vaskes vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ