Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 23:02
Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filipp koronavirusa qarşı peyvənd ediləcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.
Qeyd edilib ki, vaksinasiyanın ikinci mərhələsi ölkədə 80 yaşdan yuxarı insanların peyvəndlənməsini nəzərdə tutur.
İlk mərhələdə isə tibb işçiləri, qocalar evinin sakinləri vaksinasiya ediləcək.
Birinci mərhələyə növbəti həftədən start veriləcək.