Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı

Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı

Tarix: 7 Dekabr 2020 07:24

Bakı. Trend:

Yaponiya hakimiyyəti Xirosima prefekturasında quş qripi xəstəliyini aşkar edib.

Trend-in məlumatına görə, bu barədə NHK telekanalı xəbər yayıb.

Virus ocağı Mixara şəhərində qeydə alınıb. Yerli səlahiyyətlilər sanitariya nəzarətinin təmin edilməsi üçün bir sıra tədbirlər görülməsinə, həmçinin sözügedən prefekturada 134 min toyuqun məhv edilməsinə göstəriş veriblər.

Bildirilir ki, daha əvvəl quş qripi Kaqava, Miyadzaki, Nara, Fukuoka, Xeqo prefekturlarında aşkar edilib. Ümumilikdə bu regionlarda 2 milyon ev quşu məhv edilib.


Etiketlər:  Yaponiyanın daha prefekturasında quş qripi xəstəliyi aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ