Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 13:20
Bakı. Ləman Zeynlova - Trend:
"SOCAR Energy Switzerland" şirkəti İsveçrədə 200-cü yanacaqdoldurma məntəqəsini açıb.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, şirkət 198-ci məntəqəni Stalvedro, 199-cu məntəqəni Mayringen, 200-cü məntəqəni isə İnnertkirxen qəsəbələrində işə salıb.
SOCAR brendi ilə ilk yanacaqdoldurma məntəqəsi İsveçrədə 2012-ci ilin sentyabrında açılıb.