Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 22:48
Alimlər insan ömrünü 10 il uzada biləcək sağlam vərdişlər aşkar ediblər.
Sonxeber.net "sputnik"ə istinadla xəbər verir ki, mütəxəssislər Aralıq dənizi pəhrizinə riayət etməyi tövsiyə edirlər.
Tədqiqatlar göstərir ki, meyvə, tərəvəz və buğda ilə zəngin olan pəhrizlər xərçəng, ürək-damar xəstəlikləri, depressiya, metabolik sindrom və beyin pozulma riskini azaldır.
Alimlərin fikrincə, çox yaşaya bilmək üçün zərərli vərdişləri, xüsusilə siqaret çəkməyi tərgitmək lazımdır. Çünki siqaret çəkmək ömrü 10 il azaldır.
Eyni zamanda orta dozada spirtli içki qəbul etmək erkən ölüm riskini 17-18% azalda bilər.
Daha çox yaşamaq üçün stress səviyyəsini azaltmaq lazımdır. Araşdırmalara görə, xoşbəxt insanlar 3,7 faiz daha az ölür.