Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 00:08
Bakı. Trend:
"İnstaqram" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə edilir.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.
Məlumata əsasən, nasazlıqlar daha çox Böyük Britaniyada, Fransada, Niderlandda, Almaniyada və ABŞ-da qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin təxminən 65 faizi tətbiqin xəbər lentində, 17 faizi sosial şəbəkənin saytında, 17 faizi isə "story"lərə baxarkən problemlərlə qarşılaşıb.