Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 08:44
ABŞ Prezidenti Donald Trampın məsləhətçisi, Ticarət və Sənaye Siyasəti Ofisinin direktoru Peter Navarro siyasi fəaliyyətində qanunu pozmaqda günahlandırılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Müstəqil Xüsusi Prokurorluq Peter Navarronun rəsmi səlahiyyətlərindən istifadə edərək 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etmək və ya təsir göstərmək üçün qanunu pozduğuna dair bir qərar verib.
Qərara görə, Navarro siyasi şərhlər verməklə 1939-cu il tarixli "Hatch" Aktını pozub.
Qeyd edək ki, bu akt prezident və vitse-prezident xaricində vəzifəli şəxslərin müəyyən siyasi fəaliyyətlərini qadağan edir.