Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada da ''quş qripi'' virusu aşkar edilib

Fransada da ''quş qripi'' virusu aşkar edilib

Tarix: 8 Dekabr 2020 17:34

Fransanın cənub-qərbindəki Landes regionunda quşçuluq təsərrüfatında yüksək dərəcədə aktiv "quş qripi" virusu (H5N8) aşkar olunub.

Fransada "quş qripi" virusu aşkar edilibbu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, ANSES Milli Laboratoriyası Benesse-Maremne kommunasında (Landes regionu) 6 000 ördəyin saxlanıldığı quşçuluq təsərrüfatında H5N8 virusuna yoluxma halları aşkar edib.

"H5N8 virusu köçəri quşlar vasitəsilə Avropada fəal şəkildə dolaşır", - Nazirliyin açıqlamasında bildirilib.

Profilaktik tədbir olaraq fermadakı bütün ördəklərin məhv edilməsi qərarı verilib.


Etiketlər:  Fransada quş qripi virusu aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ