Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 18:14
Əgər iyun-iyul aylarında yoluxma faizi, yəni götürülən testlər arasında pozitiv çıxan nəticələr 10 faizdən az olurdusa, hazırda həmin göstərici ortalama 25 faiz və bəzən ondan da çox olur. Yoluxma faizində ciddi artım müşahidə edilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.
O bildirib ki, hazırda reanimasiya və intensiv terapiya şöbələrində müalicə alan koronavirus xəstələrinin sayı iyun-iyul aylarından iki dəfə çoxdur. Bu da müəyyən tədbirlərin görülməsini zəruri edir.