Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 10:52
Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada orta hesabla 0,7 milyon barel təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) dekabr ayında dərc edilmiş enerji bazarının icmalında deyilir.
Qeyd edək ki, noyabr icmalında bu göstərici 0,71 milyon barel/sutkaya bərabər idi.
EIA-nın göstəricilərinə görə, 2020-iu ilin birinci, ikinci və üçüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,7 və 0,67 milyon barel təşkil edib.
Proqnoza əsasən, bu ilin dördüncü rübündə hasilatın sutkada 0,68 milyon barel təşkil edəcəyi gözlənilir.
2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının sutkada 0,72 milyon barelədək azalması gözlənilir. Bundan əvvəlki icmalda həmin proqnoz 0,73 milyon barel/sutka idi.
Proqnoza əsasən, 2021-ci ilin birinci və ikinci rüblərində sutkada 0,69 və 0,72 milyon barel, üçüncü və dördüncü rübdə isə sutkada 0,73 və 0,74 milyon barel neft hasil olunacaq.
Qeyd edək ki, EIA-nın məlumatına əsasən, 2019-cu ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,79 milyon barel təşkil etmişdi.