Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 11:05
Əməkdar artist Mətanət İsgəndərli söz və musiqisi Aysel Kərimə məxsus olan "Vətən yallısı" adlı qələbə mahnısı səsləndirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu, onların sayca dördüncü əməkdaşlığıdır. Daha öncəki işbirliyi nəticəsində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın sözlərinə "Ey vətən" adlı əsər, "Yalnız qadın" və "Sənsiz keçən həyat" adlı mahnılar ərsəyə gəlib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Aysel Kərim müəllifi olduğu yeni mahnısı ilə qələbəyə həsr olunmuş hərbi parad və qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə xalqı təbrik edib.
Sözügedən mahnını təqdim edirik: