Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 17:04
Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də Emin Məmmədovdur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 1992-ci ildə Beyləqanın Qəhrəmanlı qəsəbəsində anadan olan hərbçimiz müharibə başlayanda ön cəbhəyə yollanıb.
Xüsusi təyinatlı bölmədə kəşfiyyatçı-atıcı olan Emin Məmmədov snayper kimi düşmənə sözün əsl mənasında qan uddurub. O, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin mövqelərinin darmadağın edilməsində xüsusi rol oynayıb. Oktyabrın 27-də Füzulinin Qaraxanbəyli kəndində düşmən gülləsinə tuş gəlib və şəhid olub. Onun qəhrəmənlığı barəsində valideynlərinə döyüş yoldaşları danışıb.
Atası və anası övladları ilə qürur duyurlar. Eminin şəhid olması ürəklərini ağrıtsa da, vətən torpaqlarının azad olunmasında oğullarının da payının olması onlar üçün böyük fəxrdir. Valideynləri deyirlər ki, Emini evləndirmək niyyətləri olub. Axırıncı dəfə onunla danışanda bildiriblər ki, müharibə qurtaran kimi onu istədiyi qızla nişanlayacaqlar.
Bu gün şəhid valideynləri övladlarının canı bahasına başa gəlmiş qalibiyyətin qürurunu yaşayırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: