Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 21:52
Azərbaycan əsir düşən üç erməni hərbçini Ermənistana təhvil verib.
Sonxeber.net oxu24.com-а istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində əsir və girovların vəziyyəti, hüquqlarının təmini məsələsi araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.
Təəssüflər olsun ki, Ermənistan Respublikası tərəfindən bu yanaşma göstərilmir. Azərbaycanlı mülki şəxslərə, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.