Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 18:46
Vəfat edən dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradonanın qohumları onun mirası üçün mübarizə aparırlar.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, argentinalı sabiq futbolçunun 40 milyon avrodan çox olan mirası üçün ən azı 16 nəfər müraciət edib. Söhbət Maradonanın Argentina, İsveçrə və Dubaydakı bank hesablarından, eləcə də dünyadakı bir çox maşın parkından və lüks daşınmaz əmlakından gedir.
Maradonanın 5 rəsmi övladı var, bu status üçün daha 7 nəfər müraciət edib. Bundan əlavə, 4 bacısı futbolçunun mirası uğrunda mübarizəyə qatılıb. Argentina qanunlarına görə, vəsiyyət olmadığı təqdirdə, ölənin varlığını bilmədiyi övladları da daxil olmaqla, bütün varislər bərabər miras hüquqlarına malikdirlər. Qohumluq faktını sübut etməyi bacarsalar, onlar digərləri ilə eyni miras hüquqlarına sahib olurlar.
"Maradonanın pulu uğrunda müharibə sadəcə bir rəqabət yox, əsl dünya çempionatı olacaq" - deyə "The Sun" "Buenos Aires"dən bir mənbədən sitat gətirərək yazıb.
Qeyd edək ki, Maradona 25 noyabrda 60 yaşında ürək tutmasından ölüb.