Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxular haqqinda

Yuxular haqqinda

Tarix: 10 Dekabr 2020 19:48

İnsanlar həyatlarının təxminən üçdə birini yuxuda keçirirlər, bu 60 illik bir ömrün 20 ili demək olur. Buna görə də, ta qədim zamandan indiyə qədər insanlar yuxuya vacib bir hadisə kimi qiymət vermişlər. Qədim zamanlardan indiyə qədər insanlar gördükləri yuxuları yozmağa çalışırlar. Biz də yuxular barədə olan fikirlərimizi sizinlə paylaşmaq istədik.
Bütün günü beyni yorğun, hər hansı bir məsələ barədə daima düşünən və yaxud həyəcanlı bir film izləyib yatağa uzaıb yatan adamın yuxusu yozula bilməz. Hər hansı bir yuxu dərmanı qəbul edib yatan adamın da yuxuları yozulmur. Bu yuxu deyil , sadəcə olaraq həmin hadisəhin təsiri altında qalmasıdır.
Kabus və ya qarabasma deyilən yuxuları hər kəs həyatında bir neçə dəfə görür. Bu cür yuxuların əvvəli adətən yaxşı başlayır. Yatan adam yuxunun təsiri altında xoş təəssüratla yuxlayan zaman qəflətən gözəl ğörüntü qorxunc bir səhnəylə əvəz olunur. Belə yuxunu görən adamlar adətən yuxudan qorxub oyansalar da, bir müddət yuxunun təsiri altında olub ayildıqlarına inamazlar.
Bəzi yuxular da vardır ki, onları görən adamlar real həyatda da həmin hadisəni olduğu kimi yaşayırlar. Adətən hissetmə qabiliyyəti güclü olan adamlar belə yuxular ğörürlər. Belə adamlar pis yuxu gördükdə bir müddət ehtiyatlı davranmalıdırlar.
Bəzi yuxular da vardır ki, onları görən şəxs səhərlər çalışsa da xatırlaya bilmir. Adətən unutduqlarından başqa, yaddaşlarında yuxunun hansı bir hissəsi qalıbsa bu cür yuxular yozula bilər.
Bəzən də olur ki, bir adam eyni yuxunu bir neçə dəfə görür. İnsanlar o cür yuxunun təsiri altında qalırlar, amma belə yuxunun sahibi ilə heç bir əlaqəsi ola bilməz.

Milli.Az


Etiketlər:  Yuxular haqqinda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ