Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samir Hüseynli: Yeni aldığım avtomobillə Qarabağı gəzmək istəyirəm

Samir Hüseynli: Yeni aldığım avtomobillə Qarabağı gəzmək istəyirəm

Tarix: 11 Dekabr 2020 02:32

"Otuz ilə yaxın davam edən həsrətdən sonra xalqımızın öz tarixi torpaqlarına sahib olması hamı kimi mənim də hədsiz sevincimə səbəb olub. Hər dəfə erməni vandallarından azad edilən şəhər və kəndlərin Milli Ordumuzun nəzarəti altına keçdiyini eşitdikcə qəlbim köksümə sığımırdı. Ürəyimdən qanad açıb o yerlərə getmək, cəsur döyüşçülərimizlə birlikdə yüksəkliklərdə dalğalanan bayrağımıza baxıb qürur hissi keçirmək istəyirdim. Axı mənim də o torpaqlarda ayaq izlərim var. Axı mən də onlar kimi qalib ordunun əsgəri olmaq arzusu ilə alışıb-yanırdım. Taleyimdən ona görə razıyam ki, müzəffər ordumuzun sayəsində həmin hissləri yaşamaq mənə nəsib oldu" , - deyə Qarabağ qazisi Samir Hüseynli AZƏRTAC-a bildirib.

Keçmiş döyüşçü 2016-cı ilin aprelində Füzuli rayonunun erməni hərbçilərinin hücumundan qorunması zamanı sağ ayağından yaralanıb. İkinci qrup əlil olan Samir müasir protezlə təmin olunub. Dekabrın 8-də isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlili kimi ona "Xəzər" markalı avtomobil hədiyyə edilib.

Samir daha sonra deyib: "Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ay yarımda Milli Ordunun göstərdiyi hünər və rəşadət hər cür alqışa layiqdir. Azərbaycan Ordusu yeni tarix yazdı. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan bu zəfər günlərini yaşadığıma görə çox xoşbəxtəm. Bir arzum da mənə təqdim olunan avtomobillə işğaldan azad edilən torpaqlarımza getmək, Qarabağı kənd-kənd, rayon-rayon gəzməkdir".


Etiketlər:  Samir Hüseynli Yeni aldığım avtomobillə Qarabağı gəzmək istəyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ