Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 11:44
Türkiyə Superliqasında 2020/21 mövsümünün çempionu növbəti il Çempionlar Liqasında (ÇL) birbaşa qrup mərhələsindən yarışa qoşulmaq imkanından məhrum ola bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna səbəb Türkiyə klublarının avrokuboklarda topladığı xal sayının az olmasıdır.
Çempionlar Liqasında qrup sonuncusu olan "Başakşəhər"dən sonra "Sivasspor"un da Avropa Liqasında 1/16 finala yüksələ bilməməsi Türkiyənin UEFA reytinqində mövsümü 11-ci pillədə başa vurmasına səbəb olub.
UEFA-nın qaydalarına görə, reytinqdə ilk onluqda qərarlaşan ölkələrin çempionu birbaşa ÇL-in qrupundan mübarizəyə qoşulur. Ancaq bu mövsüm Çempionlar Liqasının qalibi öz liqasında qitənin bir nömrəli klub turnirinə vəsiqə əldə etsə, Türkiyə çempionu qrup mərhələsinda iştirak hüququ qazanacaq.