Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Son həbs bir daha məmurlara dərs olmalıdır''

''Son həbs bir daha məmurlara dərs olmalıdır''

Tarix: 11 Dekabr 2020 16:21

"Cənab Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəni, rüşvətxorluğun aradan qaldırılması istiqamətini özünün bir nömrəli prioritet istiqaməti kimi götürüb".

Bunu Sonxeber.net-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, rüşvətxor məmurlara qarşı ölkə başçısının barışmaz mövqeyini görməkdəyik:

"Dəfələrlə bununla bağlı çox ciddi addımlar atıb. Çox yüksək səviyyədə cəzalandırma, işdən qovulma, həbsə atılma kimi addımların atıldığının şahidi olmuşuq. Prezident İlham Əliyevin hər zaman korrupsioner məmurlara qarşı kəskin mübarizə apardığının şahidi oluruq. Bir neçə gün bundan qabaq Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısının rüşvətxorluqda ittiham edilərək saxlanılması və bundan öncə bir becə icra başçısının işdən azad edilərək həbsə alınması, nazirin azad olunması, nazir müavinlərinin həbs olunması bunun əyani sübutudur. Rüşvətxor məmurlar və onlara qarşı dövlətin, ölkə başçısının kəskin, barışmaz mövqeyini hər zaman görməkdəyik".

"Korrupsiya bəşəri bir bəladır. Dünyanın ən müasir və inkişaf etmiş ölkələrində belə mövcuddur. Ən əsası odur ki, dövlətin siyasi rəhbərliyinin bu yaranın aradan qaldırılmaslna çox kəskin iradəsi var. Və bundan məmurlar ciddi şəkildə nəticə çıxarmalıdılar. Düşünməməlidirlər ki, Ali Baş Komandan erməni vəhşiləri ilə mübarizə aparır və bundan istifadə edib, korrupsiyaya əl ata bilərlər. Son həbs bir daha məmurlara dərs olmalıdır!", - Niyaməddin Orduxanlı deyib.

Təhməz Əsədov


Etiketlər:  həbs daha məmurlara dərs olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ