Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 20:36
Futbolçuların meydanda etdikləri kimi, şəxsi həyatları da daim diqqət mərkəzində olur.
Şəhərin hansı tərəfində yaşadıqları, hansı obyektlərə sahib olduqları, hansı model və nömrəli maşın sürdükləri, hansı butikdən alış-veriş etdikləri və sair.
Tək futbolçuların yox, digər sahələrdəki tanınmışların da bu baxımdan bəxti gətirməyib. Mümkün qədər ətrafdakılardan uzaq gəzməyə, sahibi olduqlarını gizlətməyə çalışsalar da, bəzən mümkün olmur.
Mahir Emreli avtomobili ilə Bakı küçələrində Araz Abdullayev qədər şütüməyi sevməsə də, sükan arxasına keçdiyi anlar olur. Lakin maşın sürmək həvəskarı deyil. Şəkildə gördüyünüz bu "qara at" da Mahirə məxsusdur. 2017-ci ilin "Porsche Cayyene"dir. Nömrəsi də, maşallah, göz çıxardır. 99 ME (Mahir Emreli) 999.
Xeyir işlərə sür, Mahir. Qəzadan-bəladan uzaq ol. İnşallah, legioner həyatı yaşayıb, halal zəhmətinlə bundan da yaxşılarını - "Bentley Bentayga", "Lamborghini Urus" alarsan.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, həmin maşının arxa görüntüsünü təqdim edir.