Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 06:08
Bakı. Trend:
"İnstagram" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə Downdetector servisinin saytında qeyd olunub.
Ən çox şikayət Böyük Britaniya, Polşa, Macarıstan, İtaliya, Fransa və bəzi digər Avropa ölkələrindən gəlir. Sosial şəbəkəyə daxil olmaqda çətinliklər ABŞ, Braziliya və Argentinada da müşahidə olunur.
Məlumata əsasən, istifadəçilərin əksəriyyəti xəbər lentinə baxarkən problem yaşayır (təxminən 60 faiz), 23 faiz istifadəçi hekayələrə baxmaqda çətinliklərdən şikayətlənir, digər 15 faizi isə paylaşım edə bilmir.