Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 09:24
Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, onlar Respublika ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşlarıdır. Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin