Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfeksionist: ''Koronavirusa təkrar yoluxanlar var''

İnfeksionist: ''Koronavirusa təkrar yoluxanlar var''

Tarix: 12 Dekabr 2020 20:15

"Azərbaycanda da koronavirusa təkrar yoluxma halları var".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu infeksionist, TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. Onun sözlərinə görə, koronavirusa yenidən yoluxma mümkündür: "Hazırda bizdə də bu hallar öz təsdiqini tapır. Düşünürəm ki, sərt karantin rejiminə keçilməsi arzuolunandır. Çünki dinamik göstəriciləri ələ almaq üçün sərt karantin rejiminə gedilməsi vacibdir".

N. Əliyev bildirib ki, koronavirusdan ölən insanlarda səbəblər müxtəlif olur: "Bunlardan ən əsası miakard infarktı, digər xroniki xəstəliklərlə bağlı ürək-ağciyər çatışmazlığı ola bilər. Bu hallarla rastlaşırıq. Hazırda koronavirusdan daha çox yaşlı insanlar vəfat edir. Amma bu, cavanlarda ölüm halı olmur demək deyil".

Həkimin sözlərinə görə, koronavirusa yoluxma sayı yanvar-fevral ayına qədər pik həddə çatacaq.

O bildirib ki, bu dönəmdə bakterial infeksiyaların işə qarışması ilə immun sistemini çökdürməsi nəticəsində COVID-in də ortaya çıxması halları da olur: "Ona görə həmin vaxt koronavirus yoluxma sayının pik həddə çatacağını düşünürük. Say olaraq rəqəm demək qeyri-mümkündür. Karantin qaydalarına əməl olunmazsa, bu rəqəm indiki sayın 2-3 qatına qədər arta bilər".


Etiketlər:  İnfeksionist Koronavirusa təkrar yoluxanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ