Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 09:48
"Mənim ürəyimə hər şey damdı. Biz pandemiyaya görə gedə bilmirdik. Səkkiz ay idi ki, uşağı görmürdüm. Dalbadal - ayın 20-si, 21-i getdik. O, maşınımızın arxasından getməli idi, nəsə gəldi qabağında şaqat etməyə başladı. Mən uşağın elə şaqat etməyini birinci dəfə idi görürdüm. Dalınca baxdım, mindim maşına, sonra fırlanıb yenidən ardınca baxdım. Yoldaşım idi, bir də yoldaşımın dostu. Dedim ki, uşaq elə baxdı ki... Dilimə gətirə bilmədim ki, son dəfə görüşürük".
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, bu sözləri "Zirə" futbol klubunun şəhid futbolçusu İlqar Bürcəliyevin anası İdman TV-nin onun oğlu haqda hazırladıqları "Bayraqdar" adlı sənədli filmində deyib.
"27-si atası ilə danışanda əlimi uzatdım telefona ki, ver mən də danışım. O, otboy elədi, danışa bilmədim. Mesajlaşdıq. Papasını axtarırdı. O vaxt da set tutmurdu. Dedi ki, papa haradadır, mesaj çatmır ona. Dedim ki, deyərəm, yığar. Dedi ki, tez məni yığsın. Mən bilmirdim ki, onları aparırlar. Uşaq 27-si şəhid olub, biz xəbəri 28-i bilmişik. 28-i yoldaşıma xəbər veriləndə mən küçədə yıxılmışam. Yoldaşıma zəng gəlib ki, burada bir xanım yıxılıb, gəlin. Yoldaşım gələndə gördüm ki, sifəti o sifət deyil. Uşaq vurulan momentdə isə evdə durduğum yerdə ürəyim getmişdi", - deyə anası əlavə edib.
Daha ətraflı aşağıdakı sənədli filmdə: