Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Petr Çex meydana qayıdır

Petr Çex meydana qayıdır

Tarix: 13 Dekabr 2020 17:56

Çexiya millisinin sabiq qapıçısı Petr Çex yenidən meydana çıxa bilər.

Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, hazırda "Çelsi"nin texniki müşaviri olan 38 yaşlı veteran London təmsilçisinin əvəzedici komandasında şans qazanmaq imkanı əldə edib.

Klubun U-23 komandası sabah "Tottenhem"lə keçiriləcək görüşdə qapıçı problemi ilə üzləşib. Əsas qolkiper Lukas Berqstryom dünən U-18-in heyətində meydana çıxıb. Onun əvəzləyicisi Karlo Jiqer isə əsas komandanın hazırlıqlarında iştirak edir. Bu üzdən də karyerasını ötən il başa vuran, amma bu ilin oktyabrında adı əsas komandanın iştirak ərizəsinə daxil edilən Çexin əvəzedicilərin heyətində meydana çıxması zərurəti yaranıb.

Qeyd edək ki, Çex 2004-15-ci illərdə "Çelsi"də oynayıb. O, bu müddətdə 15 titul, o cümlədən Çempionlar Liqası və 4 Premyer Liqa çempionluğu qazanıb.


Etiketlər:  Petr Çex meydana qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ