Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 18:56
İran çempionatında 6-cı turun oyunları davam edir.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu gün Təbrizdə şəhərin iki klubu üz-üzə gəlib. "Traktor" səfərdə "Maşın Sazi" ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb. "Al qurdlar"ın qolunu 90+3-cü dəqiqədə Məhəmməd Qənbəri vurub.
Qeyd edək ki, mövsümə uğursuz başlayan "Traktor" 9 xalla 7-ci pillədə qərarlaşıb. "Maşın Sazi" isə 1 xalla sonuncu - 16-cıdır.