Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il həkimlərin əməkhaqlarında 2 hissəli artım olacaq

Gələn il həkimlərin əməkhaqlarında 2 hissəli artım olacaq

Tarix: 11 Iyul 2019 11:32

Bakı. Trend:

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənəcək.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib.

Agentlik rəsmisi deyib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq: “Biz bununla bağlı pilot layihə tətbiq etmişdik. Yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq. Birinci hissədə həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gələn həkimlərin əməkhaqlarında hissəli artım olacaq


RƏYLƏR