Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Tarix: 14 Dekabr 2020 11:08

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Amerikada Kovid-19 peyvəndinin istehsalına dair rəsmi razılığın verilməsi xəbərlərinin yayılmasından sonra dolların digər aparıcı valyutalara nisbətən qiymətləri dəstək görməkdədir. Bu, EURUSD məzənnəsini 1.22$-ın altında təzyiq altında saxlayır.

Avrozonada deflyasiya riski ilə yanaşı, istehsal və xidmət sektorlarında biznes aktivliyinin azalması proqnozları da avrodan uzaqlaşma meyillərini gücləndirə bilər.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarı da investorların diqqət mərkəzindədir. Amerikadan peyvəndə dair müsbət xəbərlər FED-in gələn il üzrə iqtisadi proqnozlarına müsbət təsir etməsə, dollar yenidən ucuzlaşmağa başlaya bilər.

GBP.

GBPUSD məzənnəsi də, xüsusilə Breksit ticarət sazişi danışıqlarında irəliləyişin olmaması fonunda 1.34$-da təzyiqlə rastlaşır.

Bu mövzu ilə bərabər, İngiltərədə peyvəndlənmənin artıq başlamasının gələn il iqtisadiyyata təsirləri ilə bağlı cümə axşamı Bakı vaxtı ilə saat 16:00-da açıqlama verəcək İngiltərə Mərkəzi Bankı da önəmli rol oynayır.

TRY.

TCMB-nin yeni faiz qərarını dərc edilməsinə bir həftə qalmış, USDTRY məzənnəsi 7.80 - 7.90TL aralığında ticarət edilir. Gələcək günlər ərzində dalğalanma isə maliyyə bazarlarında dövriyyəyə buraxılacaq faiz qərarı proqnozlarından asılı olacaqdır.

OIL.

Brent neftinin bir barel qiyməti 51$-a kimi dəyər qazandıqdan sonra korreksiyaya başlayıb və bunun səbəbi dollarda bahalaşma ehtimallarıdır. Qlobal iqtisadi inkişaf proqnozlarının da zəif qalması, neft qiymətlərinə qarşı təzyiqləri artırır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Əlvan metallar bazarlarında peyvənd istehsalının kütləviləşməsi xəbərləri fonunda hazırda 1835$-a (59 $/qram) təklif edilən bir unsiya üzrə qızıl qiymətlərində ucuzlaşma proqnozlaşdırılsa da, bunun yalnız 1800$-a (57.9 $/qram) kimi baş verəcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti


Etiketlər:  InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ